XİN: Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 1400 nəfər yaralanıb
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 290 nəfər ölüb, 1400 nəfər yaralanıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında bildirilir.
Hadisə nəticəsində 190-ı mülki şəxs və təhlükəsizlik qüvvələrinin əməkdaşı, 100 nəfər qiyamçı həlak olub.
Bundan əvvəl, 161 nəfərin öldüyü, 1440 nəfərin yaralandığı bildirilirdi.
Mənbə:> APA