“Bank of Baku”ya basqın edildi – YENİLƏNİB
Ötən gecə “Bank of Baku”nun Gəncə filialına daxilolma cəhdi aşkar olunaraq polis tərəfindən dərhal qarşısı alınıb.
Bankdan Oxu.Az-a verilən məlumata görə, bankın əmlakına heç bir ziyan vurulmayıb və oğurluq faktı aşkar olunmayıb.
“Filial hal-hazırda gündəlik fəaliyyətini davam etdirərək müştərilərə xidmət göstərməkdədir”, - deyə məlumatda vurğulanıb.
10:55
Gəncədə oğurluq hadisəsi baş verib.
Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında “Bank of Baku”nun Nəriman Nərimanov prospektində yerləşən filialında qeydə alınıb.
İlkin ehtimala görə, maskalı şəxslər bankın havalandırma pəncərəsindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Hadisə yerinə polis əməkdaşları gəlsə də, oğruları tutmaq mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Bank of Baku” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi baş verən faktla bağlı Oxu.Az-ın soğrusunu cavablandırıb.
Bankdan bildirilib ki, filialın içərisinə daxil olmağa cəhd edilib, lakin polis tərəfindən vaxtında müdaxilə olunub.
Heç bir itki yoxdur, filial işini davam etdirir.
Mənbə:> Oxu.Az