DİN təsdiq etdi: Partlayış baş verən tikili “Xalq Bank”a məxsusdur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

DİN təsdiq etdi: Partlayış baş verən tikili “Xalq Bank”a məxsusdur

DİN təsdiq etdi: Partlayış baş verən tikili “Xalq Bank”a məxsusdur


Bakıda ötən gün baş verən partlayışın təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə (“Xalq Bank” – red.) məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilk məlumatda partlayış baş verən tikilinin banka məxsus olduğu bildirilsə də, sonradan bank rəsmiləri bu məlumatı təzkib etmişdilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *