Banqladeşdə ildırım vurmasından 30-dan çox adam ölüb
Banqladeşdə ildırım vurması nəticəsində qadınlar və uşaqlar da olmaqla 35 nəfərə yaxın adam ölüb.
Oxu.Az bu barədə “Indian Express”ə istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində ən çox Pabna şəhərində ölən olub, burada səkkiz adam dünyasını dəyişib. On nəfər Siracqanc və Racşahi dairələrində, daha səkkiz nəfər isə Kişorqanc və Braxmanbarhiya dairələrində ölüb.
Dakkedə yağış altında futbol oynayan iki tələbə ölüb. Daha yeddi nəfər Banqladeşin müxtəlif yerlərində ölüblər.
Təbii fəlakətin qurbanları arasında yağış zamanı küçədə olan uşaqlar da var. Ölənlərin əksəriyyəti həmin an tarlalarda olan fermerlərdir.
Leysan yağışlar Dakkada və ölkənin digər şəhərlərində bir həftə sürən istilərdən sonra başlayıb.
Mənbə:> Oxu.Az