İldırım ailənin 7 üzvünü öldürdü
İldırım nəticəsində Meksikada yeddi nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Entorno Inteligente nəşri bildirib.
Hadisə Quanaxuato ştatında kənd yerində, ölkənin mərkəzi hissəsində baş verib.
Qurbanların hamısı bir ailənin üzvləridir, onlar fırtına zamanı sahədə olublar. Ailə üzvləri ağacın altında gizlənməyə çalışıblar, amma ağacı ildırım vurub.
Həlak olanların şəxsiyyəti müəyyənləşdirilib – bunlar üç qadın və dörd uşaq olub, həlak olanların yaşca ən kiçiyinin 14 yaşı olub.
Yaxınlıqda olan daha iki nəfər zərbə dalğasından xəsarət alıblar, amma Associated Press-in məlumatına görə onların həyatı üçün təhlükə yoxdur.
İyulun 22-də Almaniyada ildırım vurmasından 16 hərbçi xəsarət alıb. Əsgərlər fırtına başlayarkən düşərgə qurublar. Bundan başqa, iyunun əvvəlində FAR rok-konsert zamanı atmosfer cərəyanından 12 nəfər travma alıb.
Mənbə:> Oxu.Az