Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı

Paytaxtda ağır qəza: 1 ölü, 4 yaralı


Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Maştağa kəndində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, 10 PT 121 dövlət nömrə nişanlı “Daewoo” markalı maşınla 10 UO 299 nömrəli “VAZ 2107” toqquşub.

Qəza zamanı Mirzəyev Ağamehdi Mirbala oğlu hadisə yerində ölüb. Mirsaleh İsmayılov, İbrahim Süleymanov, Əlisəttar Mirzəyev və Rafiq Süleymanov isə ağır bədən xəsarətləri ilə 3 Saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin yardım göstərilib, hazırda vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *