Fransalı polislərdən kokainin keyfiyyətini qiymətləndirmələrini istəyib
Fransada bir qadın polis bölməsinə gəlib masanın üzərinə üç bağlama narkotik qoyub və vəzifə başında olan polislərdən onların keyfiyyətini yoxlamağı xahiş edib.
Oxu.Az Yahoo News-a istinadən xəbər verir ki, iki bağlamada kokain, üçüncüdə krek olub.
Hadisə aprelin 26-da çərşənbə axşamı Tuluzada səhər saatlarında baş verib. 45 yaşlı narkoman qadın artıq polislərə tanış idi.
Ondan bu xahişlə polisə gəlməyə nə vadar etdiyini sorşuduqda isə, qadın bəyan edib ki, o, güc strukturlarının əməkdaşlarına narkotik vasitələrin dadına baxmaq üçün mütləq vermək lazım olduğunu hesab edir, - Le Figaro yazır.
“O, narkotiklərin keyfiyyətli olduğunu bilməyə ümid edirdi, belə ki, heç kimin dozadan artıq narkotik qəbul etməsindən ölməsini istəmirdi”, - polisdəki mənbə bildirib.
Qadın göz altına alınıb, o yanvarda məhkəmə qarşısına çıxmalıdır.
Mənbə:> Oxu.Az