“07” dərəyə aşdı: Ölən və yaralananlar var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

“07” dərəyə aşdı: Ölən və yaralananlar var

“07” dərəyə aşdı: Ölən və yaralananlar var


Bakı-Gəncə avtomobil yolunda avtomobil aşıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci il təvəllüdlü Ələsgər Məmmədovdur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *