Zakir Həsənov Şəmkirin icra başçısını döyüb
Müdafiə naziri Zakir Həsənov Şəmkir rayonun icra başçısı Alimpaşa Məmmədovu döyüb.
Məlumatlı mənbədən aztoday.az-a verilən məlumata görə, hadisə 3 gün əvvəl baş verib.
Belə ki, müdafiə naziri cəbhə bölgəsinə səfər edərkən Şəmkirdəki hərbi hissədə olub. Və hərbi hissə ərazisində fəaliyyət göstərən restoranın sökülməsini istəyib. Alimpaşa Məmmədov nazirin bu istəyini yerinə yetirmək istəməyərək özünü “yuxarı”dan aparıb. Zakir Həsənov ikinci dəfə sərt şəkildə restoran tipli ictimai iaşə obyektinin sökülməsini tələb etsə də icra başçısı buna əhəmiyyət verməyib. Bunu görən nazir icra başçısına bir sillə vurub. Döyüldüyünü görən icra başçısı qaçmaq istəyərkən Zakir Həsənov ona bir təpik də "ilişdirib".
Mənbənin dediyinə görə, səhərisi gün hərbi hissə ərazisində olan restoran sökülüb.
Mənbə:> xeber.com