Əfsanəvi futbolçu Yohan Kroyf vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, İdman, Futbol

Əfsanəvi futbolçu Yohan Kroyf vəfat etdi

Əfsanəvi futbolçu Yohan Kroyf vəfat etdi


Hollandiya millisinin keçmiş futbolçusu Yohan Kroyf 68 yaşında ağ ciyər xərçəngindən vəfat edib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.

Əfsanəvi futbolçu 25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gəlib.

Y. Kroyf futbolçu karyerası boyunca “Ayaks”, “Barselona” kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y. Kroyf 425 qol vurub.

Üç dəfə “Qızıl top”un sahibi olub. “Ayaks” və“Barselona”nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyf məşqçi kimi də böyük uğurlar qazanıb.

Y. Kroyf 20 əsrin ən yaxşı futbolçularından biri sayılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *