Argentina millisinin sabiq üzvü vətəninə qayıdır
Argentina millisinin sabiq futbolçusu Xavyer Saviola keryerasını ölkəsində davam etdirəcək.
ANS PRESS-in məlumatına görə, son mövsümü İtaliya “Verona”sında keçirən hücumçu “River Pleyt” klubundan təklif alıb.
1998-ci ildə futbolçu karyerasına “River Pleyt”də başlayan Saviolanın yenidən kluba dönüşü yaxın günlərdə rəsmiləşə bilər. Baş məşqçi Marselo Qalyardo millidən tanıdığı futbolçunu komandasında görmək istəyir. Ötən mövsüm A seriyasında 15 oyuna çıxan argentinal hücumçu 1 qol vurub.
Qeyd edək ki, Saviola karyerası ərzində “Barselona”, “Monako”, “Sevilya”, “Real”, “Benfika”, “Malaqa” və “Olimpiakos” klublarında çıxış edib.
Mənbə:> ANSPRESS