Millimizin seksual sabiq üzvü soyundu, karyerasını bitirdi – FOTO
Azərbaycan millisinin sabiq voleybolçusu Viktoriya Ravva karyerasını başa vurub.
ANS PRESS-in məlumatına görə, 40 yaşlı gürcü əsilli ulduz oyunçu bu qərarını “Kann”la 19-cu dəfə Fransa çempionu olduqdan sonra açıqlayıb.
Belə ki, “Le Kannet”lə final görüşündə 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, 3:2 hesabı ilə qalib gələn Ravva bu oyunun karyerasında sonuncu olduğunu deyib. Onun 20 ildi şərəfini qoruduğu Kann təmsilçisində işini menecer kimi davam etdirəcəyi bildirilir.
19 dəfə Fransa çempionu olan Ravva “Kann”la 18 dəfə ölkə kubokunun, 2 dəfə Çempionlar Liqasının ən güclüsü adını qazanıb. 1989-1993-cü illərdə Bakının BZBK klubunda forma geyinən Viktoriya 1993-1995-ci illərdə Türkiyə “Vakıfbank”ında da oynayıb. O, İstanbul təmsilçisi ilə Super Liqanın qızıl medallarına yiyələnib. Ravva Fransa millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, Tiflisdə anadan olan Viktoriya ötən əsrin 90-cı illərinin əvvəlində Faiq Qarayev tərəfindən Bakıya dəvət edilmişdi. O, bir müddət yığmamızın formasını geyinib və 1994-cü ildə keçirilən dünya çempionatına yollanan heyətdə yer alıb. Daha sonra Türkiyədə legioner həyatı yaşayan Ravva qeydiyyatını Fransaya dəyişib.
Mənbə:> ANSPRESS