Sankt-Peterburqda 30 sərxoş və çılpaq afrikalı qalmaqal saldı
Rusiyanın Sankt-Peterburq şəhərində fevral ayının 18-nə keçən gecə şəhərin tarixində indiyə qədər görünməmiş ən qeyri-adi dava baş verib. Ən azından yerli jurnalistlər belə iddia edirlər.
Oxu.Az Piter TV-yə istinadən xəbər verir ki, dava Petrovsk prospektində yerləşən hamam kompleksində və onun yaxınlığında baş verib.
Hadisənin şahidləri polislərdən qarda onlarla çılpaq qaradərilinin qaçdığını gördükdə çox təəccübləniblər.
Afrikalılar hamamda “qəbilə gecəsi” təşkil ediblər. Ora 32 kişi və 20-yə yaxın qadın gəlib.
Həddən artıq spirtli içki içdikdən sonra şəhvətə uyan kişilər sonradan dalaşmağa başlayıblar. Saunanın qorxan əməkdaşları onları öz qüvvələri hesabına sakitləşdirməyə çalışıblar, amma bacarmadıqlarını görüncə polis çağırmalı olublar. Bu vaxt sərxoş halda olan qaradərililər anadangəlmə lüt halda bütün rayona səpələniblər.
Kütləvi dava iştirakçılarını bir yerə toplamaq üçün polisə bir saat vaxt lazım olub. Sakitləşdikdən sonra barışdıqlarını, bir-birinə qarşı iddiaları olmadıqlarını bildiriblər.
Mənbə:> Oxu.Az