Avstriyada bomba həyəcanı
Avstriyada bomba haqqında xəbərə görə, teatrdan 850 tamaşaçı təxliyyə edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, tamaşaçılar arasında hökumət rəhbəri olub. Zərərçəkən olmayıb.
Hüquq-mühafizə orqanı əməkdaşları xidməti itlərlə teatrın binasını axtarıblar, amma heç bir şübhəli əşya tapmayıblar. Hadisə Klaqenfurt şəhərində baş verib. Polis binada bombanın olması haqqında xəbər vermiş telefon xuliqanlarını axtarır
İncəsənətsevərlər Cakamo Puççinin “Madam Batterflay” operasının premyerasını tərk etmək məcburiyyətində qalıblar.
Mənbə:> Oxu.Az