İstanbulda bomba həyəcanı: Bir nəfər vuruldu
Türkiyənin İstanbul şəhərində gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, İstanbulun Beşiktaş səmtində bir şübhəli şəxsə polis tərəfindən xəbərdarlıq edilib. Ancaq şübhəli şəxs xəbərdarlığa məhəl qoymadan yoluna davam edib.
Üzərində bomba olduğu ehtimal edilən şəxs polis tərəfindən silahla ayağından vurulub. Dərhal sonra vətəndaşlar hadisə yerindən uzaqlaşdırılıb və olay yerinə sapyorlar cəlb edilib.
Ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Mənbə:> Axar.az