Bakıda yol polisini maşınla sürüdülər, xəstəxanalıq oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakıda yol polisini maşınla sürüdülər, xəstəxanalıq oldu

Bakıda yol polisini maşınla sürüdülər, xəstəxanalıq oldu

Sürücü qaçmağa çalışıb.

Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

AzNews.info-nun musavat.com-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib.

DYP əməkdaşları Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi “Hyundai Sonata” markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıb.

Bu zaman məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığından maşının cərimə meydançasına aparılmasını istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb.

Bunun qarşısını almaq istəyən polis baş serjantı avtomobilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *