Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto, Foto

Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı – FOTO

Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı


Bakıda yol polisindən qaçan avtoxuliqan qəza törədib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, yol polisi əməkdaşları VAZ-21011 markalı, 10 EH 807 dövlət nömrə nişanlı avtomobili saxlamaq istəyiblər.

Lakin sürücü, 23 yaşlı Kamran Hüseynov polis əməkdaşlarının qanuni əmrinə tabe olmaqdan imtina edib və Niyazi küçəsi ilə "Azneft meydanı" istiqamətində hərəkətini davam etdirib. Dairədə idarəetməni itirən sürücü maşını ağaca çırpıb.

Qəzadan sonra sürücü Kamran Hüseynov və sərnişinlər - bir kişi, iki qadın maşından düşüb qaçmağa başlayıblar. Dənizkənarı Milli Parka qaçan sürücü və sərnişinlər bulvar idarəsinin mühafizəçilərinin yardımı ilə saxlanılıb.

Sürücü qaçmağa çalışmasını sürücülük vəsiqəsinin olmaması ilə əsaslandırıb. Qəzaya uğrayan avtomobil cərimə meydançasına aparılıb. Avtoxuliqanlıq edən sürücü barəsində protokol tərtib olunub.

Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı
Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı
Bakıda yol polisindən qaçan avtoxuliqan, maşını ağaca çırpdı

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *