Lökbatanda oğul anasına görə öldürüldü
Dekabrın 14-ə keçən gecə saat 01:00 radələrində 1994-cü il təvəllüdlü Lökbatan qəsəbə sakini Zaur Novruzov dayısı Vahid Novruzov tərəfindən yetirilimiş bıçaq zərbəsi ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, qətl hadisəsinin baş verməsinə səbəb Zaurun anası - 1974-cü il təvəllüdlü Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında ailə münaqişəsi zəminində mübahisənin yaranması olub.
Z.Novruzov mübahisə edənləri aralayan zaman dayısı tərəfindən bud nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mənbə:> Oxu.Az