Abşeronda oğul anasına görə qətl törətdi
Abşeronun Mehdiabad qəsəbəsində qətl hadisəsi baş verib.
AzNews.info-nun Lent.az-a istinadən məlumatına görə, 1958-ci il təvəllüdlü Təhməz İsmayılov aldığı bıçaq zərbəsi nəticəsində xəstəxanaya çatdırılan zaman yolda ölüb.
Mehdiabad polis əməkdaşlarının araşdırması nəticəsində qətli 1991-ci il təvəllüdlü Əsgər Sultanovun törətdiyi məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yaşlı gənc saxlanılıb.
Əsgər Sultanov törətdiyi cinayəti etiraf edib. İlkin ifadələrə görə, Təhməz İsmayılov Ə. Sultanovun anasının telefonuna zəng edərək onu narahat edibmiş. Əsgər Sultanov bundan xəbər tutduqdan sonra T. İsmayılovu qəsəbədə olan təkər təmiri servisində tapıb. O, T. İsmayılovun idarə etdiyi avtomobilə minib. Bir qədər yol gedəndən sonra Ə. Sultanov "Bilgəh işıqforu" deyilən yerdə ( 28 may küçəsində) bıçaqla T. İsmayılova zərbə endirib və hadisə yerini tərk edib.
Mənbə:> Lent.az