İki körpə qızını boğaraq, öldürən anaya hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

İki körpə qızını boğaraq, öldürən anaya hökm oxundu

İki körpə qızını boğaraq, öldürən anaya hökm oxundu

“Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Nəsibə Quliyevanın (1988-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, bu il iyunun 4-də, axşam saat 20 radələrində Sabunçu rayonunun Albalılıq qəsəbəsindəki 515 nömrəli evdə yaşayan Nəsibə Quliyeva 3 yaşlı Aydan və 10 aylıq Ayşəni boğaraq, qətlə yetirib.

Daha sonra isə intihar etmək üçün mətbəx bıçağı ilə döş qəfəsinə zərbə endirib. Ağır xəsarət alan qadın 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində sağ qalıb.

Daxil olan məlumat əsasında hadisə yeri Sabunçu RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Məlum olub ki, N.Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilib:

“Həyatımdan bezmişəm. Belə yaşamaq istəmirəm. Şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

İş üzrə prokurorluqda araşdırma aparılarkən qadının əri Asif Məlikzadə bildirib ki, hadisədən şoka düşüb. O, işi ilə bağlı həftənin müəyyən günləri evdə olmayıb. Arvadı həddindən artıq qısqanc olub, hər dəfə ona zəng vurub, ailələrində başqa problem olmadığını bildirib.

Həmçinin şahid qismində dindirilən A.Məlikzadənin yaxınları bildiriblər ki, Asifin heç bir günahı yoxdur:

“Sadəcə Nəsibə Asifi hamıya, xalası, bibisi qızlarına, hətta anasına belə qısqanıb. Cinayətin tək günahkarı Nəsibədir”.

Məhkəmə prosesində Nəsibə Quliyeva ittiham üzrə özünü təqsirli hesab edərək, əməlindən peşman olduğunu qeyd edib.

Dövlət ittihamçısı təqsirləndirilən qadının 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin hökmü ilə N.Quliyeva 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *