Rusiyanı dəhşətə gətirən cinayət
Rusiyada qəddar qətl hadisəsi baş verib.
AZNEWS.INFO-nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Artyom Primorski vilayətində 35 yaşlı kişi arvadını və üç uşağını qəddarlıqla öldürüb.
Hadisə 5 noyabrda baş verib. Şəxsi evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra evdə 34 yaşlı qadın və onun üç azyaşlı uşaqlarının cəsədləri aşkarlanıb. Uşaqlar 13, 8 və 2 yaşlarında olub. 13 və 8 yaşlılarda ölümcül zorakılıq əlamətləri aşkarlanıb.
Ailəsinin qətliamında şübhəli bilinən şəxs artıq saxlanılıb. Ailə başçısı istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib. O, daha sonra özünü öldürməyə cəhd etdiyini deyib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə:> ANS PRESS