Əfqanıstan prezidentinin sarayından insan qalıqları tapılıb
Əfqanıstanın paytaxtı Kabilda ölkənin prezident iqamətgahında aparılan tikinti işləri zamanı insan skeletləri tapılıb, Oxu.Az AFP-yə istinadən xəbər verir.
“İki kəllə və insan sümükləri tikinti işləri zamanı prezident iqamətgahının mətbəxində aşkar edilib”, - məlumatda deyilir.
Ölkə prezidenti Əşrəf Qani Əhmədzay tapıntının öyrənilməsi üçün məhkəmə tibbi ekspertiza işçiləri, Əfqanıstan komissiyasının üzvləri və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması barədə göstəriş verib.
Mənbə:> Oxu.Az