Sumqayıtda tikinti işləri dayandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Sumqayıtda tikinti işləri dayandırıldı

Sumqayıtda tikinti işləri dayandırıldı


Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib.

AzNews.info xəbər verir ki, bu barədə AzVision.az-a Sumqayıt sakinləri məlumat verib.

Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb. Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib.

“Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, bu, Zakir Fərəcovun göstərişidir”.

Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi “Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub.

Keçmiş icra başçısı Eldar Əzizovun zamanında bağlı olan yolun Zakir Fərəcov tərəfindən açılması şəhər sakinləri üçün gözlənilməz olub.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *