Bakıda ata oğluna görə damarlarını kəsdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda ata oğluna görə damarlarını kəsdi

Bakıda ata oğluna görə damarlarını kəsdi


Dünən Bakının Nərimanov rayonunda yerli sakin intihara cəhd edib.

AzNews.info xəbər verir ki, bu barədə Vesti.Az-a Nərimanov rayon polis bölməsində bildriblər.

Yerli sakin 1951-ci il təvəllüdlü ismayılov Eldəniz Əşrəf oğlu öz evində hər iki biləyində damarlarını kəsərək intihara cəhd edib.

Bununla əlaqədar İsmayılov xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

İlkin istintaq zamanı kişinin bu hərəkətinin səbəbi müəyyənləşdirilib.

Xəbər verildiyi kimi, İsmayılovun oğlu qəbul imtahanlarını verə bilməyib. Amma ata nəyin bahasına olursa olsun oğlunu instituta düzəltmək qərarına gəlib. Bu məqsədlə o,yerli universitetlərdən birinin müəllimi ilə tanış olub, müəllim ondan oğlunu tələbə etmək üçün 20 000 manat istəyib.

İsmayılov tələb edilən məbləği verib, oğlu isə tələbə ola bilməyib. Bundan başqa İsmayılova həmin məbləği geri verməyiblər.

Hal-hazırda Nərimanov rayon prokurorluğu fakt üzrə araşdırma aparır, İsmayılovun kimə və hansı şəraitdə 20 000 manat verdiyini müəyyən etməyə çalışır.

Mənbə: Vesti.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *