İsmayıllıda əvvəl bəy, sonra bacısı intihara cəhd etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İsmayıllıda əvvəl bəy, sonra bacısı intihara cəhd etdi

İsmayıllıda əvvəl bəy, sonra bacısı intihara cəhd etdi


Bütün günah qızın ailəsindədir. Onlar heç Asimanın vəziyyəti ilə də maraqlanmırlar. İndi Asiman ölüm-dirim mübarizəsi aparır.

AzNews.info xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında İsmayıllı rayonunun Mican kəndində qız toyundan intihara cəhd edən Hidayətov Asiman Nəriman oğlunun dayısı Səbuhi Əhmədov deyib.

O, A. Hidayətovun hazırda İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olduğunu söyləyib.

S.Əhmədovun sözlərinə görə, Asimanın intiharından sonra onun bacısı da özünü öldürməyə cəhd edib.

“Hazırda Asimanın vəziyyəti kritikdir. Dünən Bakıdan həkim gətirdik. O baxdı, dedi vəziyyəti yaxşı deyil. Biz çarəsiz qalmışıq, heç nə edə bilmirik. Allah onların bəlasını versin.

Asiman intihar edəcək oğlan deyildi. O evin tək oğludur. Bacısı Asimana görə damarlarını kəsərək özünü öldürmək istədi. Biz xilas elədik. Hazırda o həkim nəzarətindədir. Bacısının vəziyyəti yaxşı deyil. Başımıza gələnlər sadəcə dəhşətdir. Böyük dərddir”.

Dayısının sözlərinə görə, hazırda polis hadisəni araşdırır:

“Asimana indi suni nəfəs verilir. Hadisənin səbəbkarı olan qız heç gəlib Asimanın vəziyyəti ilə maraqlanmır. Allah onların bəlasını versin. Polis orqanları hər şeyi araşdıracaq. Günah qızın ailəsindədir ki, bu gün Asiman ölüm ayağındadır. Qızın özü də heç maraqlanmır”.

Daha sonra A. Hidayətovun müalicə olunduğu xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkiminin müavini Maqsudov Əbdüllətif A.Hidayətovun vəziyyətinin ağır olduğunu bildirib:

“Onun vəziyyəti ağır olaraq qalır. Hazırda koma vəziyyətindən ayılmayıb. O, iplə boğulmuş vəziyyətə xəstəxanaya gətirilmişdi. Biz bütün tədbirləri görmüşük. Allahdan ümid kəsilməz”.

Qeyd edək ki, İsmayıllı rayonunun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb. Bir neçə gün öncə toyu olan Asimanın intihar səbəbi kimi nişanlısının onunla evlənmək istəməməsi göstərilir. Bildirilir ki, toydan sonra nişanlısı Asimana ondan ayrıldığını, evlənmək istəmədiyini deyib. Bundan sonra Asiman canına qəsd etmək qərarına gəlib.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *