Bakıda bu adamın intiharı ətrafdakıları şoka saldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Bakıda bu adamın intiharı ətrafdakıları şoka saldı

Bakıda bu adamın intiharı ətrafdakıları şoka saldı


Keçən bazar günü Bakının Nizami rayonunda 28 yaşlı kişi intihar edib, bununla da ətrafdakıları şoka salıb.

AzNews.info xəbər verir ki, bu barədə Vesti.Az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.

Hadisə 24-cü polis bölməsinin ərazisində beşmərtəbəli evin həyətində baş verib.

Şahidlər saat 21.00-da həyətdə naməlum şəxsin idman kostyumunda qaçaraq bıçaqla damarlarını kəsdiyini görüblər. Bundan başqa, onun boğazında da kəsik olub. Daha sonra gənc oğlan yoldan keçənlərin gözü qarşısında həddən artıq çox qan itirdiyi üçün yerə yıxılaraq ölüb.

İstintaq nəticəsində həmin şəxsin kimliyi müəyyənləşdirilib. Bu, yerli sakin Nuriyev Ramin Ramiz oğlu olub.

Nuriyevin atası bildirib ki, oğlu əvvəllər də intihara cəhd edib, damarlarını kəsib. Ramin Nuriyev evdən tez-tez qaçırmış. Doğmalarının sözlərinə görə, oğlan ruhi xəstə olub.

Fakt üzrə istintaq aparılır.

Mənbə: Vesti.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *