Azarkeş tribunadan yıxılıb öldü – FOTO
Amerika Birləşmiş Ştatlarında beysbol matçı zamanı bədbəxt hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə dünən axşam ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində, "Terner fild" stadionunda olub. Oyunu izləyən adam tribunadan yıxılaraq ölüb.
Matç zamanı həmin adamın qarşısındakı cərgədə oturan gənc qadın polisə hadisə haqqında danışarkən bildirib ki, yıxılan adam təhlükəsizlik məqsədilə azarkeşlərin qarşısına qoyulan maneəni keçərək beysbolçu Aleks Rodrigesə qışqırmağa başlayıb. Qəfildən tarazlığını itirən adam aşağıda beton döşəmənin üstünə yıxılıb.
Tribunadan yıxılan adam xəstəxanaya aparılıb.
Dərhal tibbi personal gələrək 10 dəqiqə ərzində ona ilkin tibbi yardım göstərib. Stadionun təhlükəsizlik xidmətinin əməkdaşları isə yerdəki və ətrafa yayılan qanı təmizləyiblər. Şahidlərin sözlərinə görə, bu vaxt ərzində oyun davam etdirilib.
Yıxılan azarkeşə ilkin tibbi yardım göstəriləndən sonra onu yerli xəstəxanaya aparıblar. Lakin həkimlər bütün cəhdlərə baxmayaraq, yıxılan şəxsin həyatını xilas edə bilməyiblər.
Mənbə:> ANSPRESS