ABŞ-da 3-cü mərtəbədən yıxılan uşaq minyonun sayəsində sağ qaldı
ABŞ-ın Kolorado-Sprinqs şəhərində 5 yaşlı qız binanın 3-cü mərtəbəsindən yıxılıb və sevimli oyuncağının sayəsində sağ qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə The Mirror qazeti məlumat yayıb.
“Uşaq yerə yıxıldığı zaman əlində sevdiyi oyuncağı möhkəm qucaqlayıb, bu da zərbənin gücünü azaldıb. Qızın yalnız bir qolu sınıb. ”, - yerli polisin məlumatında deyilir.
Qeyd edək ki, minyonlar — Universal şirkətinin 2010-cü ildə buraxdığı “İyrənc mən” сizgi filminin qəhrəmanlarıdırlar.
Mənbə:> Oxu.Az