Cəlilabbadda qardaş bacısının toy günü öldü – FOTO
Cəlilabad rayon sakini Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
AzNews.info xəbər verir ki, APA-nın cənub bürosunun xəbərinə görə, rayonun İnili kənd sakini, 1976-cı il təvəllüdlü Adış Alış oğlu Mahmudov bir müddət öncə qazanc məqsədilə Rusiya Federasiyasına gedib.
Orada fərdi evlərin tikintisində çalışan A. Mahmudovun əlindəki dəmir parçası ehtiyatsızlıq səbəbindən yüksək gərginlikli elektrik xəttinə toxunub və o, hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə baş verən gün doğulduğu kənddə A. Mahmudovun bacısının toyu olub. Ailə onun faciəvi ölümündən yalnız bir neçə gün sonra xəbər tutub.
Qeyd edək ki, A.Mahmudovun meyiti Azərbaycana gətirilib və doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Mənbə:> APA