DƏHŞƏT: Ağdamda oğlan bacısının ürəyini parçaladı
Bu gün Ağdam rayonunda dəhşətli faciə yaşanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xıdırlı kəndində yaşayan məcburi köçkün 16 yaşlı Ayşən Hüseynqulu qızı Həsənova evdə qardaşı 12 yaşlı Hüseyn Həsənovla birgə oynayırlarmış. Uşaqlar oynayarkən oğlan atasına məxsus ov tüfəngini götürüb. Oğlan silahla ehtiyatsız davranıb və atəş açılıb.
Açılan atəş nəticəsində ov tüfəngindən çıxan güllə Ayşən Həsənovaya dəyib. Güllə onun ürəyini parçalayıb. Hadisə nəticəsində qız yerindəcə keçinib.
Hazırda meyit tibbi ekspertizada keçirilir.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> ANSPRESS