Qobustanda qəza: Ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Qobustanda qəza: Ölən var

Qobustanda qəza: Ölən var


Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub.

İdarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.

Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *