Yük avtomobili teplovozla toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Yük avtomobili teplovozla toqquşdu

Yük avtomobili teplovozla toqquşdu


Bakıda Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil teplovozla toqquşub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 11-də saat 10:00-da Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi “Shacman” markalı avtomobili teplovoza vurub.

Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *