Azərbaycanda avtomobil qatarla toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Azərbaycanda avtomobil qatarla toqquşdu

Azərbaycanda avtomobil qatarla toqquşdu


Bu gün saat 18:30 radələrındə Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakı istiqamətində gedən yük qatarı ilə “Volkswagen” markalı minik maşını toqquşub.

Qəza Rostov-Bakı dəmir yolunun 2584 kilometrliyində, Giləzi-Stalçay mənzilinin qorunmayan keçidində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı sürücü İxtiyar Həsən oğlu Hacıyev və onun yanında olan sərnişin xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı nəqliyyatda Baş Polis İdarəsinin Xaçmaz xətt bölməsində araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *