Gürcüstan türmələrində gözəllik salonları açılıb
“Yaxın zamanlarda çörək sexinin açılması da nəzərdə tutulur”.
Gürcüstanı 5, 15 və 12 nömrəli həbsxanalrında krusları bitirmiş məhbus stilistlər üçün gözəllik salonları açılıb.
Bu barədə Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir.
Gürcüstan hökümətindən verilən məlumata əsasən, konkret ixtisas üzrə biliklərə yiyələnmiş bu dustaqlara həmçinin xüsusi mükafat da veriləcək. Hazırda stilist peşəsi üzrə 33 nəfər xüsusi sertifikat əldə edib.
“İş yerlərinin açılması cinayətin qarşısının alınması üzrə səmərəli vasitədir. Həbsxanada iş dustaqlar üçün maddi və mənəvi xilas yoludurHazırda Gürcüstan həbsxanalarında geyim və makaron istehsal edən müəssisələr işləyir. Yaxın zamanlarda çörək sexinin və ayaqqabı fabrikinin açılması da nəzərdə tutulur”, - məlumatda bildirilir.
Mənbə:> Oxu.Az