Marqvelaşvili: Saakaşvili Gürcüstanı təhqir etdi
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından imtina etməsini anlaşılmaz hərəkət adlandırıb.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə o, Kutaisidə jurnalistlərə bildirib.
“Buna münasibətim mənfidir. Keçmiş prezident Gürcüstan vətəndaşlığından imtina etməli deyildi. Bununla o, ölkəni və prezident institutunu təhqir etdi. Fikrimcə, karyeradan önəmli dəyərlərdir və bu dəyərlər – Gürcüstan vətəndaşlığıdır. Mənə onun hərəkəti aydın deyil”, - Giorgi Marqvelaşvili qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş prezidneti Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verib və onu Odessa vilayətinin qubernatoru təyin edib. Gürcüstan qanunvericiliyinə görə, əgər bir vətəndaş digər ölkənin vətəndaşlığını alırsa o, Gürcüstan vətəndaşlığını avtomatik olaraq itirir.
Mənbə:> Oxu.Az