Azərbaycanda zəlzələ olub
Bu gecə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ermənistanla sərhəddə zəlzələ qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, bu barədə ilk dəfə Ermənistan fövqəladə hallar nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, zəlzələ Bakı vaxtı ilə 23:43-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 2,7 bal olub.
Zəlzələnin episentrində yeraltı təkanların gücü 3-4 bal olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, zəlzələ mərkəzi Ermənistan ərazisinə düşüb və episentrdə maqnituda 2,5 olub.
Mənbə:> ANSPRESS