Siqaretin yeni müəyyən edilən ziyanı dəhşətlidir
Siqaret çəkmək şizofreniyanın inkişafına bilavasitə təsir göstərə bilər və bu əlaqə daha ətraflı araşdırılmalıdır.
ANS PRESS-in məlumatına görə, bu barədə Britaniyadakı “King's College” Universitetinin yeni elmi araşdırmasında deyilir. Araşdırmanın yekunları “Lancet Psychiatry” elmi dərgisində dərc edilib.
Məqalədə deyilir ki, Siqaret çəkməklə psixoz arasında əlaqənin olması çoxdandır ki, müəyyən edilib. Lakin indiyədək hesab olunurdu ki, şizofreniyadan əziyyət çəkənlər siqaretdən stresi azaltmaq vasitəsi kimi istifadə edirlər.
FOTO: Associated Press
Təhqiqat nəticələrinə əsasən siqaret tüstüsü beyin funksiyasında dəyişikliyə səbəb ola bilər. Bu 14 mindən artıq siqaret çəkən və 273 minə yaxın siqaret çəkməyən üzərində aparılan müşahidəyə əsaslanır. Belə ki, araşdırmada iştirak edənlərin 57 faizi xəstəliyin kəskinləşməsi vaxtı artıq siqaret çəkən imiş və bu qrup arasında şizofreniyanın inkişafı ehtimalı çəkməyənlərdən iki qat artıqdır. Eləcə də siqaret çəkənlərdə çəkməyənlərə nisbətdə şizofreniyanın bir il erkən əmələ gəldiyi məlum olub.
FOTO: Associated Press
Lakin London Psixiatriya, Psixologiya və Nevrologiya İnstitutunun nümayəndəsi doktor Ceyms Makqabi hesab edir ki, “Təhiqaqatın təbiətini nəzərə alaraq səbəb və nəticə əlaqələrini təsbit etmək çətindir”. Hərçənd onun sözlərinə görə, araşdırma psixozların yaranmasında tütünün rolunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətli addımdır və yeni tədqiqtlara yol açacaq.
Qeyd edək ki, bundan əvvəl alimlər siqaret aslılığının intihara sövq etdiyini və xərçəng xəstəliyinə səbəb olduğunu irəli sürüblər.
FOTO: Associated Press
Azərbaycan dövlət statistika mərkəzindən ANS PRESS-ə verilən məlumata əsasən son hesablamalara əsasən ölkə əhalisinin 36,6 faizi 15 və yuxarı yaş qruplarında siqaret çəkənlər sırasındadır. Buradan siqaret çəkənlərin 0,7 faizi 15-19, 27,7 faizi 20-44, 53,2 faizi 45-64, 42 faiz isə 65+ yaş qrupuna aiddir.
Məlumata əsasən Azərbaycanda qadınların yalnız 0,1 faizi siqaret çəkənlər sırasındadır.
Mənbə:> ANSPRESS