ŞOK: Siqaretin tərkibində nələr var?
Bu ifadəni hər gün eşidirik, lakin çoxumuz siqaretin tərkibində hansı zəhərli maddələrin olduğunu bilmirik. Məlumat üçün qeyd edək ki, siqaretin tərkibi istehsalçılar tərəfindən uzun müddət gizli saxlanılmış, lakin 1998-ci ildə onlar bunu açıqlamağa məcbur edilmişlər. Və məlum olmuşdur ki, siqaretin tərkibində 4 mindən artıq kimyəvi maddə mövcuddur. Onlardan isə 10-u ən zərərli və təhlükəli maddələrdir. Onlar aşağıdakılardır:
1. Ammonyak - bu maddə orqanizmdə nikotinin yaxşı sorulmasını təmin edir. Ammonyakın gübrənin əsasını təşkil edən bir maddə olduğunu qeyd etməklə, onun nə dərəcədə təhlükəli maddə olduğunu anlamaq mümkündür.
2. Arsenik - bu maddə eyni zamanda tarlalarda siçanları öldürmək üçün istifadə olunur.
3. Kadmium - siqaretin filtirində olan kadmium həmçinin mobil telefonların batareyasında istifadə edilir.
4. Formaldehid - siqaretin tüstüsünü təşkil edən bu maddədən eyni zamanda meyidləri mumiyalayarkən istifadə olunur.
5. Aseton - daha çox ondan qadınlar dırnaqlarına çəkdikləri boyanı təmizləmək üçün istifadə edirlər.
6. Proplen qlikol - nikotinin beyinə daha tez çatmasına zəmin verir. Siqaretə alışqanlıq, aludəlik hissi əmələ gətirir.
7. Terebantin - daha çox nanəli siqaretlərin tərkibinə vurulan bu maddə boyaların təmizlənməsində istifadə olunur.
8. Butan - siqaretin asan yanmasına kömək edir.
9. Benzen - zərərvericilərə qarşı hazırlanan preparatlarda və benzin yanacağında istifadə edilir.
10. Qurğuşun və nikel - bunların orqanizmə hansı zəhərləyici təsir göstərdiyini anlatmaqdan ötrü isə necə deyərlər, baş sındırmağa ehtiyac yoxdur.
Hazırda dünyada 1,5 milyard siqaret istifadəçisi var. Sağlamlığın ən böyük düşmənlərindən sayılan siqaret insanları narkotikə yönləndirir. Ürək-damar xəstəlikləri və xərçəngə tutulub 55 yaşından qabaq vəfat edənlərin 85 faizinin ölüm səbəbi siqaretdir. Həyatında 3 dəfə siqaret çəkən bir insan da mexaniki olaraq xərçəng xəstəliyinə tutula bilər. Siqaretin tərkibində təxminən 6 min zəhərli (kimyəvilərlə birlikdə) maddə var.
Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, siqaretin hətta yaxınlıqdakı ətrafa yayılan tüstüsü ağ ciyərlərə və ürəyə ziyan vura bilər. Arteriyanı daraltmağa və qan təzyiqini yüksəltməyə bir ədəd siqaret kifayətdir. Norveçdə aparılan tədqiqatlar göstərmişdir ki, gündə dörd ədəd siqaret çəkənlərin də asanlıqla ürək və ağ ciyər xəstəliklərinə tutulması mümkündür.
Mənbə:> AzVision.az