Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz... – FOTO

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...

“Ay xanım, inciməyin, həmişə sizin kimi qapalı geyinən qadınlara baxanda fikirləşirəm ki, görəsən siz yayda dənizə gedirsinizmi, gedəndə necə, dənizə hansı geyimlə girirsiniz. Siz Allah, xətrinizə dəyməsin, sadəcə maraqdan soruşuram...”

İsti yay günlərində Bakıdakı parkların birində orta yaşlı, qolsuz paltar geymiş, yelpiklə özünü tez-tez yelləyən qadın bunu yanında oturmuş qapalı geyinən, başını bağlamış gənc qadından soruşur.

Gənc qadın gülümsünür: “Niyə inciyirəm?! Dənizə də gedirəm, çimirəm də, uzanıb günəş də qəbul edirəm”.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


Qapalı qadınlar üçün qapalı hovuz da var, qapalı dəniz də

O danışdıqca ortayaşlı qadının gözlərində “necə” sulları yaranırdı.

Gənc qadın deyir ki, artıq 3 ildir həyat yoldaşı və 3 uşağı ilə birlikdə Türkiyədəki istirahət yerlərində dincəlir: “Qapalı hovuz da var, hətta bizə görə qapalı dəniz də. Orada belə otellər çoxdur. Allah qoysa, Ramazan bayramından sonra bu il də Antalyada dincəlməyi planlaşdırırıq”.

Hicablı xanım deyir tanıdığı neçə dindar ailə var ki, onlar belə istirahət yerlərini seçirlər.

Azərbaycanın çimərlik olan istirahət mərkzələrində isə belə istirahət yerləri yoxdur.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


Turizmin halalı?

Hazırda halal turizm Malayziya, Bəhreyn, Misir və Türkiyədə inkişaf etməkdədir.

Türkiyədə isə bu biznesə artıq 3-4 ildir başlanılıb. Adına “halal turizm” deyirlər. Dünyanın neçə-neçə ölkələrindən qatı müsəlmanlar belə istirahət yerlərini seçir.

Halal turizm sertfikatı almaq üçün onlarla otel növbə gözləyir.

Mərkəzi Malayziyada yerləşən Dünya Halal İttifaqının prezidenti Əhməd Gəlir bildirib ki, halal turizmi daha da inkişaf etdirməklə Türkiyə 2023-cü ildə 50 milyon turist hədəfinə çata bilər.

Ə.Gəlir onu da deyib ki, Türkiyə halal turizmə sərmayə qoymaqla və turizmin bu növünü tanıtmaqla 10 milyard dollar gəlir ədə edə bilər.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


80-ə yaxın halal otel

Türkiyə halal turizmlə məşğul olan onlarla otel var. Bu otellər müştərilərinə təkcə alkoqolsuz içki təklif etmirlər. Ancaq qadınların daxil ola biləcəyi qapalı hovuzlar, qapalı çimərliklər, məscidlər var.

Əyləncə proqramları da islami qaydalara uyğunlaşdırılır. Əgər 2002-ci ildə Türkiyədə ancaq 5 belə otel olubsa, indi onların sayı 80-ə yaxındır.

Bu otellərin müştərilərinin çoxu xaricdən gələnlərdir. Burada başıaçıq, ancaq kişilərin olmadığı yerdə istirahət etmək istəyən müasir qadınlar da dincəlir.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


Halal otelin kriteriyaları

Bu cür otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. SPA-mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üşün orucdan sonra dənizdən istifdə etmələri üçün çimərliklər işıqlandırılır.

Türkiyədə halal sertfikatı almış ilk otel isə Antalyanın Alanya bölgəsindəki “Adenya” otelidir.

Otel rəhbərliyi bildirir ki, “Adenya” otelində əgər hər hansı bir yerdə qadınlar bölməsi yazılıbsa, “ora erkək ağcaqanad da girə bilməz”.

"Adenya" oteli
Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


Qadınlar üçün beş hovuz var. Hovuzlarda mahnı oxuyub rəqs edən qadınları görmək olur.

Buradakı qadınlar adi çimərliklərdə qadınların geydiyi açıq çimərlik paltarları geyinirlər. Çünki yad göz olmadığından qapalı çimərlik paltarına ehtiyac duymurlar.

Bu oteldə qapalı dəniz də var. Qumu Misirdən gətirilib. Sahil dənizə açılır, dəniz 5-10 metrlikdir.

Bəs dəniz necə qapalıdır? Dənizin qarşısı iri yelkənlərlə kəsilib. Qadınlar dənizdə rahatlıqla çimirlər.

Çimərlik - yalnız qadınlar üçün...

Otellərdən başqa indi Antalyada bələdiyyə ancaq qadınlar üçün çimərlik də salıb. Bəzi qadın təşkilatları bunu ayrı-seçkilik sayıb etiraz aksiyaları keçirsə də həmin çimərlik 2014-cü ilin avqustunda açıldı.

Azərbaycandakı müsəlmanlara nə təklif edilir?

Azərbaycanda ölkə daxilində halal turizm deyilən anlayış yoxdur. Buna görə turizm şirkətləri Malayziya, Bəhreyn, Misir və Türkiyə otellərini təklif edir.

Bakıdakı “R&R Travel Company” şirkəti bu ildən Bakıda halal turizm təklif edən yeganə turizm şirkətidir.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


Şirkətin meneceri Tural Əliyev “Azadlıq” radiosuna deyir ki, onlar yerli müştərilərilərə xarici ölkələrdə halal məhsullar, şəriət qaydalarına əsasən kəsilmiş heyvanlardan hazırlanan yeməkləri, xidmətləri olan otellər təklif edir: “Həmin otellərdə alkoqollu içkilərə, dində haram sayılan qidalara rast gəlinmir. Bundan başqa bu obyektlərin hamısında məscid, namaz otaqları var. Ekskursiyalarda İslam tarixi ilə bağlı ziyarətlər təşkil olunur. Hətta şou proqramlar, əyləncələr də İslamın əsas dəyərlərinə uyğun həyata keçirilir” - T.Əliyev deyir.

4 nəfərlik ailə 5 gecə 866 manata dincələ bilər

Qiymətlərə gəldikdə isə Tural Əliyev deyir ki, qiymətlər həmin otellərin ulduzlarından, müştərilərin neçə gecə qalmaqdan asılıdır: “Əvvəla, bu halal otellərin də arasında 5 ulduzlu, 4 ulduzlu, 3 ulduzlu otellər var. Qiymətlər fəsillərə, aylara görə də dəyişir. Məsələn, iki valideyn və 2-6 yaşlı iki uşaq iyulun 20-dən 25-ə qədər 5 gecə 5 uldulzu “Adenya” oteli üçün 2388 manat ödəməlidir. Antalyada 5 ulduzlu 1428 manata, Alanyada 1159 manata olan otellər də var. Dörd nəfərlik ailə üçün 3 ulduzlu otellərin qiyməti isə 866 manatdan başlayır”.

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


“Mən qapalı qadınam. Ancaq mən də dənizdə çimməyi, uşaqlarımla sahildə qumla oynamağı sevirəm. Buna görə də halal otellərə üstünlük verirəm” - bunu sosial şəbəkədə hicablı qadınlardan biri yazmışdı.

Başqa bir istifadəçi isə ona cavabında yazırdı: “Niyə də olmasın ki? Pulun varsa, dəniz də sənin üçün qapanar...”

Halal turizm: qapalı hovuz, yelkənlə bağlanmış dəniz...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *