BEGOC əməkdaşı: Azərbaycanlılar Rusiyaya alver etməyə gedənlər deyil
Bizdə Azərbaycan və onun sakinləri haqqında stereotip təsəvvür mövcuddur. Bizdə ilkin olaraq azərbaycanlılar haqqında düzgün təsəvvür yoxdur. Bunlar Rusiyaya alver etməyə gedən insanlar deyil. Onlar tamamən fərqlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə “Realnoe vremya” portalına verdiyi müsahibədə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) marketinq-meneceri, Birinci Avropa Oyunlarının təşkilatçılarından biri Yekaterina Privalova bildirib.
Onun sözlərinə görə, azərbaycanlılar üç ali təhsili olan insanlardır:
“Onlar çox asanlıqla ingilis dilinə keçirlər. Əksəriyyəti rus, Azərbaycan, türk və ingilis dillərini bilirlər və bu, normal sayılır. Onlar çox inkişaf etmişdirlər və hər şeyi göydə tuturlar. Yaşlı nəslə münasibətləri sevindiricidir. Qonaqpərvərlik həmişə birinci yerdədir. Ölkə yüksək templə inkişaf edir. Uşaqlar xaricdə təhsil alırlarsa, geriyə qayıdıb, Vətəndə yaşayır və işləyirlər. Şəhər özü çox gözəldir. Mən orada ilk dəfə idi ki olurdum, atam isə Lökbatandandır – bura 15 km kənardadır, mən indiyə qədər orada olmamışdım. Bu il - yarım il bir gün kimi ötüb keçdi. Milli mətbəx, yerli sakinlərin qonaqpərvərliyi – mən gözyaşları və mütləq bura geri qayıdacağıma əminliklə oradan ayrıldım”.
Yekaterinanın sözlərinə görə, onlar insanların bu oyunlara maraq göstərməyəcəyindən qorxurdular.
“Ona görə də bacardığımız qədər insanların marağını artırırdıq. Bunun üçün tərkibinə yerli selebritlərin və idmançıların daxil olduğu oyunların səfirləri üçün xüsusi proqram yaradılmışdı, bu proqram çərçivəsində insanlara video və foto layihələrdə idman növləri haqqında danışılırdı. İnsanlar belə tədbirlərə getməyə və bilet almağa alışırdılar. Bu səbəblərdən müəyyən bilet siyasəti yaradılmışdı: biletlər ucuz idi - 5-7 manat dəyərində. Nəticədə biz yerli əhali arasında başdöndürücü uğur, biletlər üçün növbələr və idman zallarında həvəsli azarkeşlər qazandıq”.
Mənbə:> Oxu.Az