Avropa Oyunlarına biletləri yüksək qiymətə satan şəxslər cəzalandırılacaqlar » AzNews.info -Xəbər portalı

Avropa Oyunlarına biletləri yüksək qiymətə satan şəxslər cəzalandırılacaqlar

Avropa Oyunlarına biletləri yüksək qiymətə satan şəxslər cəzalandırılacaqlar


Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) azarkeşləri I Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır.

BEGOC-dan Oxu.Az-a verilən xəbərə görə, yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış Bağlanış Mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb. Məlumatda bildirilir ki, hər hansı bileti nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir.

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı -2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq, həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Bakı-2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir.

Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *