Patrik Hikki: Həqiqətən qonaqpərvərlik inanılmazdır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Patrik Hikki: Həqiqətən qonaqpərvərlik inanılmazdır

Patrik Hikki: Həqiqətən qonaqpərvərlik inanılmazdır


Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri, o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlamasıdır və həqiqətən də dünən siz medal sayına görə çox uğurlu çıxış etdiniz.

AzNews.info-nun AzərTAc-a istinadən məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 14-də Azərbaycan prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda çıxışı zamanı deyib.

“Azərbaycanın uğuru ilə bağlı digər bir məsələyə toxunmaq istərdim - bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan triatlon idman növündə bürünc medal qazanıb. Bu salonda toplaşanların diqqətinə çatdırmaq istərdim ki, bir il öncə belə bir idman növü Azərbaycanda mövcud deyildi. Bir il ərzində medal qazanacaq idmançıların hazırlanması məharət, tərəqqi və təlim üçün şəraitin yüksək olmasının göstəricisidir”, deyə P.Hikki bildirib.

Onun sözlərinə görə, bu, həqiqətən də böyük nailiyyətdir: “Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir. Cənab Prezident, Sizə və birinci xanıma bu tarixi Avropa Oyunları münasibətilə xatirə hədiyyəsi təqdim etmək istəyirəm”.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *