Mehriban Əliyeva “Venesiya şəhərciyi”ndə » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Mehriban Əliyeva “Venesiya şəhərciyi”ndə

Mehriban Əliyeva “Venesiya şəhərciyi”ndə


Bu gün Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub.

AzNews.info-nun AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki klubun rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.

“Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubu Avropa Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun yaradılıb.

Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq, idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də geniş təbliğ olunacaq.

Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovao da Milli Parka gəlib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim edib.

Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanan məktubu “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya verib.

Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 16 iyul 2017 16:38
  • Yazan: cshang
Because the responsibility to wield spending power ethically cheap ray ban lies with the consumer, it's time to get educated. First, use your common sense. If you're buying a t-shirt for $10, it was made at the expense of cheap miu miu bags someone else. There is no way around it – those appealingly cheap prices are a surefire sign that exploitation has omega replica been ingrained into the manufacturing process. Second, start googling. Over the last decade, many major brands have been embroiled in high-profile sweatshop scandals that revealed forced child labor, wages well below the poverty line, and female workers dealing with routine repliche orologi sexual harassment.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *