Patrik Hikki: Azərbaycanın gələcəyi parlaqdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman

Patrik Hikki: Azərbaycanın gələcəyi parlaqdır

Patrik Hikki: Azərbaycanın gələcəyi parlaqdır


Avropa Oyunlarını alovlandırılan qığılcım məhz Azərbaycanda alovlandı. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edirəm.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.

Patrik Hikki belə böyük layihənin reallaşmasında xidməti olan hər kəsə, o cümlədən könüllülərə təşəkkür edib:

“Siz bu oyunlara, innovasiyalara açıq fikirlə yanaşdınız. Avropa atletlərinə minnətdarlıq edirəm. Siz bizə belə möhtəşəm idman bayramını bəxş etdiniz. “Rio-2016”da bütün dünyanın qarşısına çıxmağa hazırsınız. İdman bizi birləşməyə aparır.

Bu, gələcəkdə Avropa Oyunlarının əsaslanacağı yarış oldu. Avropadakı dostlarıma və bütün dünyaya deyirəm ki, Azərbaycanın gələcəyi parlaqdır. Çox sağ ol Bakı, çox sağ ol, Azərbaycan!”

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *