Hacıbəy Heydərli: Avropa Oyunları gənclərimiz üçün bir sınaq idi » AzNews.info -Xəbər portalı

Hacıbəy Heydərli: Avropa Oyunları gənclərimiz üçün bir sınaq idi – VİDEO

Hacıbəy Heydərli: Avropa Oyunları gənclərimiz üçün bir sınaq idi


Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli ATV-də yayımlanan "ATV Aktual" verilişinin qonağı olub.

Verilişin mövzusu "Avropa Oyunları və Baku-2015-də gənclərin fəallığı" ilə bağlı olub.

Tanınmış teleaparıcı Ceyhun Səfərin aparıcısı olduğu verilişdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da iştirak edib. O Avropa Oyunlarında iştirak edən könüllülərin fəaliyyətindən danışıb və gənclərə təşəkkür edib.

Hacıbəy Heydərli də öz növbəsində deyib ki, Avropa Oyunlarını gənclərin iştirakı olmadan təsəvvür etmək mümkünsüzdür: Avropa Oyunlarında iştirak edən 15 mindən çox könüllünün zəhmətini danmaq günah olar. Mən vaxtaşarı BEGOC üzvləri ilə də görüşürəm və onlar da qeyd edir ki, könüllülər olmasaydı işlərin öhdəsindən gəlmək çox çətin olardı.

Baş redaktor həmçinin onu da qeyd edib ki, Avropa Oyunlarının sosial şəbəkələrdə və beynəlxalq mediada da geniş yayımlanmasında gənclərin rolu çox böyükdür: Sosial şəbəkələrdə #baku2015 haştağı ilə milyonlarca paylaşım edilib. Təkcə "instagram"da 2 həftə ərzində oyunlarla bağlı 300 mindən çox foto paylaşılıb. Bu işdə gənclərimizin rolu çox böyükdür. Mənim özüm də Türkiyədə təhsil alıram və oyunların açılış mərasimi ilə bağlı yazdığım məqalə qardaş ölkənin 10-dan çox xəbər portalında və qəzetində yayımlanıb. Düşünürəm ki, vətəndaşlarımız, gənclərimiz harada yaşamalarından asılı olmayaraq Azərbaycan həqiqətlərini yaymalı, dövlətçilik prinsipindən çıxış etməlidirlər"

Həmin verilişdən bir hissəni təqdim edirik:


Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *