Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab » AzNews.info -Xəbər portalı

Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab – VİDEO

Azərbaycan xalq mahnısını özününküləşdirən ermənilərə cavab


Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Ay qız, kimin qızısan” Azərbaycan xalq mahnısının ermənilər tərəfindən özününküləşdirmə barədə informasiyalar yayılıb.

AzNews.info xəbər verir ki, Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, qədim türk lüğətində (Leninqrad, 1969-cu il) və digər lüğətlərdə “dil” sözünün aşağıdakı mənası da var: ürək, qəlb, zövq, həvəs.

Bu söz “dilim-dilim” kəlməsində kök kimi işlənilir, yəni “tikə-tikə” olmaqdır və heç cür qədim erməni sözü ola bilməz: "Mahnının sözlərinə diqqət yetirsək, burada “Aç xurcunu, al bıçağı, Kəs almanı, ver yara dilim, dilim, dilim, dilim” sözləri fəlsəfi məna daşıyır. Bu fəlsəfi mənadan aydın olur ki, alma burada ürək, qəlb mənasına bənzədilir. Və burada almanın dilim-dilim kəsilməsi, yəni qəlbin dilim-dilim kəsilib yarla paylaşılması mənasında işlədilib. Belə fəlsəfi mənalara Azərbaycan xalq mahnılarında çox rast gəlirik”.

Qeyd olunur ki, bunlar nanay havası musiqisidir, folklorumuzdur və adətən “yallı” rəqsi ilə müşahidə olunur:

“Bu mahnının dərin fəlsəfi mənası olduğu üçün növbəti erməni oğurluğuna səbəb olub. Çünki məşhur erməni alimi Manuk Abeqyan (М.Абегян, “Народные напевы”) kitabında yazır:

“Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər, oxşar məna daşıyan ifadələr baxımından kasıbdır və buna görə də biz yaxşı bildiyimiz türk (Azərbaycan) dilinə müraciət edirik”


Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *