Ermənilər türk çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ermənilər türk çıxdı

Ermənilər türk çıxdı


Ermənilərin yarıdan çoxu türk çıxdı.

ANS PRESS-in "İhlas" agentliyinə istinadla verdiyi məlumata görə, Ermənistanda 2000-ci ildən aparılan genetik araşdırmalarla bağlı məlumat verən genetika mütəxəssisi professor Osman Çataloluk belə nəticəyə gəlib.

Onun sözlərinə görə, Ermənilərin 49 faizinin Türk-Qıpçaq köklü olduğu üzə çıxıb. Bu haldan narahat olan erməni hökuməti genetik araşdırmanı gizli saxlayıb.

Çataloluk bunun daha öncədən bilinən bir gerçəklik olduğunu, lakin ermənilərin bunu uzun müddətdir ki, rədd etdiklərini deyib. Qıpçaq əsilli çıxanlar isə özəlliklə haylardır.

''Genetik araşdırmalarda Qaziantepdən başlayaraq Sivas, Amasya, Tokat yolu ilə Samsuna enən, buradan da Qaradəniz sahili boyunca Gürcüstan və Ermənistana uzanan xətdə genetik olaraq yüzlərlə R1b-M269 mutasiyasına rast gəlinib. Bu mutasiyanın yarandığı tarix isə e.ə 4700-cü illərdir. Bu tarix Subar-Şumer müharibəsi ilə üst-üstə düşür. Şumerlərdən qaçanlar Anadoluya keçərək burada məskunlaşıblar. Bir qism isə Qara dəniz sahillərində yerləşib. Qıpçaqların ulu babaları da bu qrupdandır. Bu gerçək indi ortaya çıxmağa başlayıb".

Onun sözlərinə görə, bu günki Ermənistanın ərazisində tarix boyunca müxtəlif tayfalar yaşayıb. Mütəxəssis deyib ki, "Armania" sözü min illərdir ki, çoğrafi ərazi kimi bilinir. Bunun üçün də Ermənistan adının etnik bir kökəni olmadığını və yalnızca bir çoğrafi termin mənası daşıyır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *