Ermənilərin iki böyük qorxusu
Dubayda nəşr olunan "The National" qəzetinin əməkdaşı Ann-Mari Makkuin səfər etdiyi İrəvanda ermənilərin iki qorxusunu aşkarlayıb.
ANS PRESS-in məlumatına görə, ermənilər iki cür adamları sevmirlər - türk qəhvəsi istəyənləri və Kim Kardaşyandan danışanları. Ann-Mari Makkuinin sözlərinə görə, pornoulduzun hər yerdə erməni mənşəli olduğunu deməsini ermənilər özləri üçün təhqir sayırlar.
Dolmanı öz adlarına çıxıb, adını "tolma" edən ermənilər türk sayağı dəmlənmiş qəhvəni öz adlarına çıxırlar. İddia edirlər ki, qəhvəni bu cür dəmləməyi məhz ermənilər icad edib. Adını "surç" qoyublar.
Mənbə:> ANSPRESS