Gürcü keşiş Azərbaycandan çıxıb, geri buraxılmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Gürcü keşiş Azərbaycandan çıxıb, geri buraxılmayıb

Gürcü keşiş Azərbaycandan çıxıb, geri buraxılmayıb


Gürcüstan XİN Qaxdakı Müqəddəs Georgi gürcü kilsəsinin keşişi Demetre Tetraşvilinin Azərbaycana buraxılmamasına dair bəyanat yayıb.

Virtualaz.org saytı xəbər verir ki, bəyanatda keşişin iyunun 21-də Gürcüstandan Azərbaycana qayıdarkən Balakən sərhəd-keçid məntəqəsindən ölkəyə buraxılmadığı bildirilir.

Keşişin Azərbaycan sərhədçiləri tərəfindən ölkəyə buraxılmamasından sonra Gürcüstanın Bakıdakı səfirliyi operativ qaydada müvafiq strukturlarla əlaqə saxlayıb.

Azərbaycan tərəfi izah edib ki, yerli qanunvericiliyə görə, ölkə ərazisində dini icmaların rəhbərləri ancaq Azərbaycan vətəndaşları olmalıdır və gürcü keşişin ölkəyə buraxılamaması da bununla əlaqəlidir.

Bəyanatda deyilir ki, Gürcüstan Patriarxiyası Qaxdakı gürcü kilsəsinin keşişinin Azərbaycan vətəndaşlığını qəbul etməsinə və fəaliyyətini ölkə qanunvericiliyinə uyğun qurmasına hazırdır.

Eyni zamanda qeyd edilir ki, bir il ərzində Azərbaycan tərəfi gürcü kilsəsinin keşişi üçün istisna kimi bu qaydanı tətbiq etməyib.

Gürcüstan tərəfinin xahişi əsasında Azərbaycan tərəfi bu il iyunun 1-dək bir neçə dəfə keşişin ölkəyə keçməsinə icazə verib. Ancaq bu müddət başa çatandan sonra Azərbaycan tərəfi tələb edib ki, gürcü din xadiminin Azərbaycan ərazisində xidmət aparması üçün müvafiq sənədlər hazırlansın.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *