Bu müəssisələr bağlana bilər – VİDEO
Mövsümlə əlaqədar olaraq dondurmalara tələbat artır. Belə olan halda bu cür məhsulların saxlanılması üçün zəruri tədbirlərə əməl edilməsi məsələsinə diqqət xüsusilə artır. Elə buna görə də İqtisadiyyat və Sənaye Nazirliyi də artıq yoxlamalara başlayıb.
Dondurmalar süd əsasında hazırlandığından bu sahəyə isti havalarda diqqət daha da artırılır.
ANS TV-nin məlumatına görə, nazirliyin şöbə müdiri Şahin Nağıyev bildirdi ki, dondurma alarkən insanlar ilk növbədə onunu düzgün etiketləndiyinə, üzərində istehsal və saxlanma müddətlərinin göstərilməsinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verməlidirlər.
Dondurma üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı qeyd olunmalıdır.
Saxlanma temperaturunun stabilliyi dondurmanını keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün əsl təhlükəyə çevrilir.
“İstehlakçı məhsul alarkən üzərindəki məlumatlara xüsusi olaraq diqqət yetirməlidir. Üzərində lazımi məlumat olmayan məhsullarla rastlaşdıqda isə istehlakçılar aidiyyati quruma müraciət edə bilərlər. Ümumiyyətlə istehlakçı hər hansı bir mal alan zaman hüquqlarının pozulması halları ilə qarşılaşarlarsa, onda aidiyyatı üzər dövlət xidmətinə müraciət edə bilərlər” – deyə Şahin Nağıyev vurğulayıb.
Donu açılmış dondurmanın təkrar dondurulması qadağandır və belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir.
Keyfiyyətsiz dondurmalarda bakteriyalar əmələ gəlir ki, buda sonda qida zəhərlənmələrinə gətirib çıxarır. Dondurma alarkən onunu satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə də diqqət yetirilməlidir.
Anti-sanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər.
Mənbə:> ANSPRESS